Yaponiyada 7,9 bal gücündə zəlzələ baz verib
Yaponiyanın şimal-şərq sahillərində Rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. "The Associated Press" agentliyinin məlumatına görə, zəlzələnin episentri Miyaqi vilayəti yaxınlığında, Sakit okeanın 10 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar paytaxt Tokioda da hiss edilib. Şəhər mərkəzində dağıntıların baş verdiyi bildirilir.
Yokohama liman şəhərində də dağıntı və yanğın meydana gəlib. Burada xəsarət alanların olduğu bildirilsə də, onların sayı barədə dəqiq məlumat yoxdur. Yokohamada sunami sahil ərazilərdə çox sayda avtomobili yuyub aparıb. Regionda yeni sunami təhlükəsi elan edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50