Məlum olduğu kimi bu gün bir qrup gənc 11 martı "Böyük Xalq Günü" elan edib və bununla bağlı aksiya keçirəcəklərini bildiriblər. Maraqlısı odur ki, gənclərin aksiyasında bir qədər yaşlıları da bəri başdan həbs etməyə başlayıblar. Belə ki, həbs olunanların arasında keçmiş prezidentliyə namizəd, Azərbaycan Liberal Demokrat Partiyasıının (ALDP) sədri Fuad Əliyev də var. Hazırda onun hara aparıldığı məlum deyil.