Bu gün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Müsavat Partiyasının başqanı İsa Qəmbər və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Hacılı ilə görüşüb. Bu barədə MİA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Dağlıq Qarabağ məsələsi, ölkədə fundamental insan haqları, son günlərdə bir neçə gəncin həbs olunması ilə bağlı fikir mübadiləsi aparılıb.