Müsavat partiyası qərargahının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görüb. Bu barədə partiyanın icra aparatının rəhbəri Arif Hacılı məlumat verib: ?Bizə məlumat daxil olub ki, bilərəkdən qərargaha daş-kəsək, dəyənəklər yığıb, bizi iğtişaşlara cəhddə günahlandırmağı planlaşdırırlar. Ona görə də biz qərargahın gücləndirilmiş mühafizəsinə çalışırıq?. Müsavat Partiyası martın 12-də etiraz aksiyası keçirməyi planlaşdırır. Partiyanın bir neçə fəalı polis tərəfindən saxlanılıb.