Milli Məclisin deputatı Sədaqət Vəliyeva danızdı
"Azərbaycan qadınları siyasi cəhətdən də fəaldır. Onlar daha çox Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşiblər. Partiyamızın sıralarında təmsil olunan şəxslərin təxminən 40 faizi qadınlardan ibarətdir. Bu onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir".
Bu fikirləri YAP-ın saytına müsahibəsində Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva səsləndirib. Xanım deputatın sözlərinə görə, qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər: "Təsadüfi deyil ki, cəmiyyətimizdə nüfuzlu, tanınmış ziyalı qadınlar bu partiyanın sıralarında cəmləşiblər. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai-proseslərdə fəallığı daha artır. Son bələdiyyə və parlament seçkilərində onların seçkilərdə iştirakı və qazandığını uğurlar buna bariz sübutdur".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51