Ölkədə bir sıra məhsulların qiymətində bahalaşma müşahidə olunsa da, Bakıdakı ?Təzə Bazar? adlanan ticarət mərkəzində insanları şoka salacaq qiymətə alça satılır. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əsasən imkanlı şəxslərin alver elədiyi ?Təzə Bazar?də bir kiloqramı 500 manata alça satılır. Aldığımız məlumata görə, ölkədə sadəcə Habil adlı satıcıda olan bu alçanın bir dənəsi 15 manatdır. Bildiyimizə görə, bu günlərdə nazirlərdən birinin sürücüsü 2500 manat verərək bu alçadan 5 kq alıb.