Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan arasında üçtərəfli görüş başlayıb. Danışıqlar dağ-xizək kurortu olan ?Krasnaya Polyana?da aparılır. Rəsmi şəkildə dəyirmi masa arxasında başlayan danışıqlar daha sonra qeyri-rəsmi mühitdə davam etdiriləcək. Belə ki, prezidentlər sərbəst formada dağ-xizək xəttlərindən birinə qalxacaqlar. Ehtimal ki, prezidentlər aktual məsələləri işgüzar nahar zamanı edəcəklər. Üçtərəfli formatda artıq 8-ci dəfə keçirilən danışıqların mərkəzi mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesidir.