Siyavuz Novruzov KiV-ləri ölkədə çazqınlıq yaratmaqda ittiham edib
Millət vəkili Siyavuş Novruzov Milli Məclisin iclasında soyqırımı ilə bağlı ümumi bir abidənin hazırlanmasını təklif edib. O bildirib ki, belə vahid abidə-müzey xarici qonaqları başımıza gəlmiş ayrı-ayrı faciələr və təcavüz barədə məlumatlandırmağa imkan verəcək. ?Ayrı-ayrı hadisələr haqqında müxtəlif abidələrin qoyulması ilə hədəflərimizə çata bilməyəcəyik?.
YAP icra katibinin müavini həmçinin Qəbələ RLS-lə bağlı məsələyə münasibətini açıqlayıb. Millət vəkili vurğulayıb ki, RLS-nin müqavilə müdətinin başa çatmasına bir il var və yenidən müqavilə bağlanmalı olsa, bu, qarşılıqlı şəkildə müzakirə ediləcək.
S.Novruzov bir sıra KİV-ləri ölkədə çaşqınlıq yaratmaqda ittiham edib. ?Bu nəşrlər Bakıya qoşun yığılması və ya filan məmurun fəaliyyəti barədə ağlasığımaz yazılar yazırlar. Bütün bunlar cəmiyyəti çaşdırmaq məqsədi güdür?-deyə deputat vurğulayıb.
Bununla yanaşı, S. Novruzov deyib ki. qanunların aliliyinə riayət etməyənlərin cəzalandırılması təbii sayılmalıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51