Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Herbert Kvelle ilə görüşüb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüş zamanı Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda keçirilən 2010-cu il parlament seçkiləri, ölkədə demokratiyanın vəziyyəti müzakirə olunub.