ABŞ-ın Şimali Karolina ştatından olan konqresmen Syu Vilkins Mirik ABŞ Konqresində 19 il əvvəl Azərbaycanda törədilmiş Xocalı faciəsinin tanınması məsələsini qaldırıb. Onun Konqresin Nümayəndələr Palatasının spikerinə müraciətində deyilir: ?1992-ci il fevralın 25-dən 26-na keçən gecə, yəni Xocalı faciəsi adlanan hadisədə yüzlərlə günahsız insan qətlə yetirilib. Biz Xocalı faciəsi qurbanlarını xatırlayarkən azərbaycanlılarla birgə kədərlənirik?. S.V.Mirik, həmçinin vurğulayıb ki, Azərbaycan ABŞ üçün, xüsusilə də Orta Asiyadakı dəyişkən şərait dövründə vacib müttəfiqdir.