Hakimiyyətlə siyasi partiyaların dialoqu təxirə salınıb
ATƏT-in Bakı Ofisinin təşəbbüsü ilə martın 7-8-də keçirilməsi planlaşdırılan siyasi partiyalarla hökumət üzvlərinin müzakirəsi təxirə salınıb. ATƏT-in Bakı Ofisinin mətbuat xidmətindən verilən məlumata görə, səbəb iştiraka dair bəzi problemlərin yaranmasıdır.
Tədbirin yeni vaxtı yaxın günlərdə elan olunacaq. Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub.
Tədbirdə Prezident Administrasiyası, parlament və 18 siyasi partiyanın nümayəndəsi Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyi müzakirə edəcəklər.
Məqsəd hökumətə partiyaların siyasi tənzimlənməsində yardım etməkdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50