Hakimiyyətlə siyasi partiyaların dialoqu keçiriləcək
Martın 7-8-də ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə siyasi partiyalarla hökumət üzvlərinin birgə müzakirəsi keçiriləcək. Tədbirə mühazirəçi qismində ATƏT-in baş ofisindən ekspertlər dəvət olunub.
ATƏT-in Bakı ofisinin saytında yerləşdirilmiş xəbərdə deyilir ki, Prezident Administrasiyası, parlament və 18 siyasi partiyanın nümayəndəsi Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyi müzakirə edəcəklər.
Tədbirin məqsədi siyasi partiyalar haqqında qanunvericiliyi təkmilləşdirməkdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51