Bu gün Qarabağ siyasi bloku Xocalı faciəsinin 19-cu il dönümü ərəfəsində Xocalı abidəsini ziyarət ediblər. MİA-nın xəbərinə görə, ziyarətdə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və hər iki partiyaların funksionerləri iştirak ediblər. Abidə önünə əklil qoyulub və Xocalı şəhidləri ehtiramla yad edilib.