ALP ilə ViP Sabirabad və Saatlı sakinlərinə dəstək verdi
?2010-cu ilin yayında Kür və Araz çaylarının daşması nəticəsində 10 Minlərlə yerli sakin bütün əmlakını itirmiş, ev-eşiksiz qalmışdır. Lakin indiyədək Azərbaycan iqtidarı bu insanların sosial-məişət problemlərini həll etməmiş, onlar üçün yetərli maliyyə yardımı göstərməmiş, minimal mənzil şəraiti yaratmamışdır?.
MİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Liberal Partiyası ilə Vətəndaş və İnkişaf Partiyasının birgə bəyənatında yer alıb. Bəyanatda bildirilir ki, bu iqtidarın 18 illik hakimiyyəti dövründə yeritdiyi uğursuz iqtisadi siyasət, dövlət siyasətinə çevrilmiş korrupsiya, rüşvətxorluq, milyardlarla manat xalq əmlakının hakim klan tərəfindən mənimsənilməsi nəticəsində onsuz da ağır maddi vəziyyətdə yaşayan bir qrup evsiz Saatlı və Sabirabad sakini fevralın 24-də Saatlı rayonunun Novruzlu kəndində etiraz aksiyası keçirmiş, onlara elementar yaşayış şəraitinin yaradılmasını tələb ediblər.
Lakin hakimiyyət orqanları aksiyaçıların haqlı tələbini yerinə yetirmək
əvəzinə onlara qarşı kobud polis zorakılığı tətbiq etmiş, 10 nəfər
etirazçı isə həbs edilib.
ALP və VIP Sabirabad və Saatlı rayonlarının dinc aksiya keçirən
Sakinlərinin tələblərini haqlı sayır, onlara qarşı polis
zorakılığını siyasi repressiya kimi dəyərləndirir və iqtidarın bu əməllərini qətiyyətlə pisləyir.
ALP və VIP iqtidardan daşqınlardan əziyyət çəkmiş Saatlı və Saatlı
Sakinlərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün təcili kəsərli
maddi tədbirlərin görülməsi, insanlara qarşı repressiyalara son
qoyulmasını və həbs olunmuş aksiyaçıların dərhal azad olunmasını tələb
edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51