Fevralın 24-də Mərkəzi Seçki Komissiyasının (MSK) 18 nəfərdən ibarət yeni tərkibinin ilk iclası keçirilib. İclasda Məzahir Pənahov yenidən MSK sədri seçilib. Natiq Məmmədov MSK sədrinin müavini, Mikayıl Rəhimli və Arifə Muxtarova katib seçiliblər. Qeyd edək ki, MSK-nın yeni tərkibdə ilk iclasına Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də qatılıb.