ALP ikinci dəfə dilə gəldi
Azərbaycan Liberal Partiyası (ALP) Liviyadakı vəziyyətlə bağlı son iki gündə ikinci dəfə bəyanatla çıxış edib. MİA-nın məlumatına görə, ALP-ı Liviya xalqının diktator Müəmmər Qəddafinin istefası tələbinə haqq qazandırıb: ?Diktator Qəddafi öz xalqına qarşı açıq soyqırıma əl atıb.
Təəccüb doğuran məqam ondan ibarətdir ki, dünya ictimaiyyəti bu vəhşiliyə hələ ki adekvat reaksiya vermir?. Azərbaycan Liberal Partiyası beynəlxalq ictimaiyyəti yubanmadan Liviya xalqının haqlı mübarizəsinə açıq dəstək verməyə çağırıb.
Bununla yanaşı ALP təcili olaraq Liviyada ağır vəziyyəti müzakirə etmək və tədbir planını qəbul etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasının zəruriliyini də vurğulayıb. Həmçinin, silahsız Liviya xalqına qarşı soyqırımın dayandırılması üçün beynəlxalq sülhməramlı qüvvələrin ölkəyə dərhal yeridilməsini, diktator Müəmmər Qəddafinin cinayət məsuliyyətinə cəlb edilməsini və Beynəlxalq Tribunala verilməsini də diqqətə çatdırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51