Azərbaycan Liberal Partiyası dinc Liviya nümayişçilərinə qarşı diktator Qəddafinin qoşunlarından istifadə edilməsini qətiyyətlə pisləyir. Bu barədə ALP-dən MİA-ya daxil olan bəyanatda deyilir. Bəyanatda bildirilir ki, ALP dinc nümayişçilərin öz klnstitusion hüquqlarından istifadəsinə şərait yaratmağa çağırır. Bundan əlavə, partiya Azərbaycan hakimiyyətinin də Liviya diktatoru Qəddafinin əməllərini pisləməyə çağırıb.