Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına xəbərdarlıq edib. Nazirlik Yəməndə baş verən iğtişaşlarla bağlı vətandaşlara bu ölkəyə səfərləri təxirə salmağı tövsiyə edir. Qeyd edək ki, Yəmənin paytaxtı Sənada tələbələr prezident Əli Abdulla Salehin istefası tələbi ilə oturaq aksiya keçirirlər. Nümayişçilər Sənanın mərkəzi meydanını tamamilə doldurmasına baxmayaraq, Əli Abdulla Saleh hakimiyyətə qarşı çıxanların sayının 200 mindən artıq olmadığını deyərək bu rəqəmi ölkənin 25 milyon nəfər əhalisi ilə müqayisə edib.