Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Novruz bayramının yüksək səviyyədə keçirilməsini, habelə milli adət-ənənələrimizin, mədəniyyətimizin yaşadılmasını və geniş şəkildə təbliğini təmin etmək məqsədi ilə Günay Həsənoğlunun ?Səməni? əsərini səhnələşdirməyi qərara almışdır. Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, rəssamı Nabat Səmədova, baletmeysterlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Mehman Fərəcovdur. Tamaşada əsas rolları Əməkdar Artist Əkbər Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva və başqaları ifa edəcəklər. Yalnız Novruz bayramı günlərində deyil, başqa vaxtlarda da təqdim olunacaq tamaşa gənc nəslə milli adət-ənənələrimiz barədə ətraflı məlumat verəcəkdir.