Aydınlar Partiyası 7 əsgərin həlak olmasında suçlu olanların cəzalandırılmasını tələb edir
Aydınlar Partiyası Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində baş vermiş ağır cinayət hadisəsi ilə bağlı bəyanat verib. MİA-ya daxil olan bəyanatda qeyd olunur ki, hadisə nəticəsində Milli Ordunun 7 əsgərinin həlak olmasından təəssüfləndiyini bildirən Aydınlar Partiyası ölənlərin ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.
Aydınlar Partiyası hesab edir ki, orduda baş verən oxşar xarakterli cinayət hadisələrinə görə Müdafiə Hazirliyinin yüksək rütbəli şəxslərini ən azı iltizam məsuliyyətinə cəlb etmədən bu kimi halların qarşısının alınması, Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarında yüksək nizam-intizamın yaradılması mümkün olmayacaq. Partiya hesab edir ki, hadisədə təqsiri olan hər kəsə qarşı sərt ölçü götürülməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51