Müsavat Partiyasının VIII Qurultayı mayda olacaq
Müsavat Partiyasının VIII Qurultayının bu ilin mayında ayında keçirilməsi planlaşdırılır. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qurultayın 28 may ? Respublika Günü ərəfəsində keçirilməsi gözlənilir.
Artıq qurultaya nümayəndələrin seçilməsinə də başlanılıb. Belə ki, Binəqədi rayon təşkilatının konfransında partiya başqanı İsa Qəmbər, partiya Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiya başqanının müavini Tofiq Yaqublu, Rəsulzadə və Müsavat İrsini Araşdırma Fondunun rəhbəri Nəsiman Yaqublu və başqaları qurultaya nümayəndə olaraq seçiliblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51