Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının növbəti iclası keçirilib. Şura üzvləri neft gəlirlərinin səmərəsiz xərcələnməsi - ARDNŞ-in 1 milyard dollarlıq stadion sifarişi, Oğuz-Qəbələ-Bakı su kəməri layihəsinin maliyyələşdirilməsi məsələlərinə dair geniş müzakirə aparıblar. Müzakirə nəticəsində Koalisiyanın ?Neft gəlirlərinin səmərəsiz və qeyri-şəffaf xərclənməsinə ?Yox? deyirik? kampaniyasına başlaması barədə ümumi razılığa gəlinib. Şura üzvləri bu kampaniya çərçivəsində televiziya verilişlərinin hazırlanması, ictimai dinləmənın təşkil olunması, müvafiq dövlət qurumlarına sorğuların göndərilməsi və görüşlərin təşkil olunmasına dair təkliflər irəli sürüblər. Qərara alınıb ki, görüləcək işlərin sistemləşdirilməsi və təkliflər əsasında tədbirlər planının hazırlanması məqsədilə aşağıdakı tərkibdə İşçi Qrupu yaradılsın: 1. Qubad İbadoğlu 2. Mehriban Vəzir 3. Oqtay Gülalıyev 4. Mirvari Qəhrəmanlı 5. İlham Hüseynli 6. Mübariz Tağıyev 7. Nicat Dağlar