AMİP-in müvəqqəti qərargahında İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. Aqil Səmədbəylinin sədrliyi ilə keçirilən iclasda ölkədəki sosial-iqtisadi və ictimai-siyasi durum, qərarların icra vəziyyəti, 2-ci Sessiyaya hazırlıq və təşkilatı məsələlər müzakirə edilib. Aparılan müzakirələrin nəticəsi olaraq İctimai Palatanın Koordinasiya Şurası Dağlıq Qarabağla bağlı bəyanatın və kütləvi aksiyaların təşkilinə dair məsələnin 26 fevralda keçiriləcək növbəti Sessiyanın müzakirəsinə çıxarılması qərara alınıb. İclasda, həmçinin, qərarların icrası qənaətbəxş qiymətləndirilib və İctimai Palatanın Regional Təşkilat Komitəsinin yaradılması məqsədəmüvafiq hesab edilib. Eyni zamanda Koordinasiya Şurası AMİP sədri Yusif Bağırzadənin 50 illik yubileyini də təbrik edib.