Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (ADMKT) nəzdində fəaliyyət göstərən Yaradıcılıq Studiyasının uşaqlardan ibarət rəqs kollektivi Türkiyənin İzmir şəhərinə dəvət alıb. Teatrın mətbuat xidmətindən bildiriblər ki, bütün dünyaya yayımlanan TRT-nin xətti ilə 33-cü dəfə keçiriləcək Beynəlxalq Uşaq Festivalında Azərbaycanı bu dəfə də ADMKT-nin Yaradıcılıq Studiyasının 8-13 yaşlı üzvləri təmsil edəcəklər. Studiyanın rəhbəri Əminə Musayeva balaca artistlərin ötən illərdə Türkiyənin müxtəlif şəhərlərində müvəffəqiyyətlə çıxış etdiklərini deyib. O, balaca artistlərin builki səfərinin də uğurlu olacağına əminliyini bildirib.