?Eurovision-2010? Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə may ayında Heydər Əliyev Sarayında solo konsert verəcək. Lent.az-ın məlumatına görə, müğənni konsert ərəfəsində ciddi məşqlər edir. Gənc müğənni konsertində səhnəyə rəqs qrupu ilə birlikdə çıxacaq. Səfurəni ?Nero? rəqs qrupu müşayiət edəcək.