27-30 may tarixlərində NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Bu barədə Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib. M.İbrahimqızı bildirib ki, sessiyanın Bolqarıstanın Varna şəhərində keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, 27-30 may tarixlərində NATO Parlament Assambleyasının yaz sessiyası keçiriləcək. Bu barədə Azərbaycanın NATO PA-da nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məlumat verib. M.İbrahimqızı bildirib ki, sessiyanın Bolqarıstanın Varna şəhərində keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, NATO Parlament Assambleyasının sessiyasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsinin təqdim olunması da gözlənilir. Nümayəndə heyətinin üzvü xatırladıb ki, qətnamə 2010-cu ilin noyabr ayında Polşada keçirilən sessiyanın gündəliyinə salınsa da, sonradan Azərbaycanda parlament seçkiləri, nümayəndə heyətinin tədbirə qatıla bilməməsi ilə əlaqədar olaraq rəsmi Bakının təklifi ilə təxirə salınıb. M.İbrahimqızı deyib ki, sənəd kanadalı məruzəçi Raynell Andreyçuk tərəfindən hazırlanıb. ilə bağlı qətnamə layihəsinin təqdim olunması da gözlənilir. Nümayəndə heyətinin üzvü xatırladıb ki, qətnamə 2010-cu ilin noyabr ayında Polşada keçirilən sessiyanın gündəliyinə salınsa da, sonradan Azərbaycanda parlament seçkiləri, nümayəndə heyətinin tədbirə qatıla bilməməsi ilə əlaqədar olaraq rəsmi Bakının təklifi ilə təxirə salınıb. M.İbrahimqızı deyib ki, sənəd kanadalı məruzəçi Raynell Andreyçuk tərəfindən hazırlanıb.