AFFA baz məzqçiyə 17 oyunluq cəza kəsdi
Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Qol.Az saytının məlumatına görə, yığıncaqda Premyer Liqa və əvəzedici komandaların XX turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub.
Eyni zamanda, I divizionun XIV turu da müzakirə mövzusu olub.
Premyer Liqada yalnız 1 klub cəzalanıb. ?Muğan?la matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan ?Bakı? 1000 manat cərimə olunub.
Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun MOİK-lə oyununda birbaşa qırmızı vərəqə alan ?Turan?ın futbolçusu Cavid Tağıyev 2 oyunluq cəzalanıb və komandasını 1000 manat xərcə salıb.
?İnter? ? ?Simurq? matçında meydan sahibləri 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 500 manat ödəməli olacaq. Matçın 62-ci dəqiqəsində ?Simurq?un üzvü Elçin Süleymanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb və komandasını 2000 manat ziyana salıb.
I divizionunun XIV turunun ?Şuşa? ilə qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan ?MKT Araz? 100 manat cərimələnib. ?Göyəzən? ? ?Bakılı? oyunu xoşagəlməz hadisələrlə zəngin olub. Matçın 79-cu dəqiqəsində ?Bakılı?nın futbolçusu Samir Quliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb və komandasını 20 manat xərcə salıb. Görüş başa çatdıqdan sonra ?Bakılı? klubunun baş məşqçisi Elçin Həsənov geniş kütlə qarşısında AFFA və PFL-in nümayəndələrinin ünvanına nalayiq ifadələr işlədib, oyun hakimlərinə hədə-qorxu gələrək onları təhqir edib. Bu onun 17 oyunluq cəzalanması ilə nəticələnib. ?Bakılı? isə 2650 manat cərimə ödəyəcək.
?Energetik? ? ?Neftçi? İSM matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 100 manat ziyana düşüblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11