Martın 19-dan 26-a qədər Almaniyanın Veqberq şəhərində, martın 26-dan 29-a qədər isə Belçikanın Brüssel şəhərində təlim-məşq toplanışı keçirəcək, martın 29-da Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, baş məqşçi Berti Foqts toplanışa aşağıda adları çəkilən futbolçuları dəvət edib: Qapıçılar: Kamran Ağayev (?Xəzər Lənkəran?), Fərhad Vəliyev (?Qarabağ?), Andrey Popoviç (?Abşeron?) Müdafiəçilər: Rəşad Sadıqov (?Qarabağ?), Saşa Yunisoğlu (?Qəbələ?), Vladimir Levin (?İnter?), Ruslan Abışov, Rail Məlikov (hər ikisi ?Neftçi?), Vurğun Hüseynov (?Turan?), Elnur Allahverdiyev (?Xəzər Lənkəran?), Cəmşid Məhərrəmov (?Bakı?) Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (?Xəzər Lənkəran?), Aleksandr Çertoqanov (?İnter?), Elvin Məmmədov, Samir Abasov, (hər ikisi ?Qarabağ?), Araz Abdullayev Cavid Hüseynov (hər ikisi ?Neftçi?) Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi ?Qarabağ?), Vaqif Cavadov (?Bakı?) Rusiyanın ?Anji? klubunun üzvü Mahir Şükürov zədəsi sağalacağı təqdirdə millinin təlim-məşq toplanışında iştirak edəcək.