Prezident İlham Əliyev ?Birlik? kubokunu qazanmış Bakının ?İnter? klubunun futbolçularını qəbul edib. Ölkə başçısı ?Birlik? kuboku yarışlarında qazanılmış qələbə münasibətilə futbolçuları, məşqçiləri və mütəxəssisləri təbrik edib: ??İnter? komandasının bütün nümayəndələrini, bütün üzvlərini MDB-nin ?Birlik? kuboku yarışlarında qazanılmış inamlı qələbə münasibətilə təbrik edirəm. Bu qələbə bütün Azərbaycan xalqını sevindirdi. Bu, artıq gözəl ənənədir. Bizim komandalarımız ?Birlik? kuboku yarışlarında üçüncü dəfədir ki, birinciliyi əldə edirlər. 2006-cı ildə ?Neftçi?, 2008-ci ildə ?Xəzər-Lənkəran?, indi isə ?İnter? komandası bu mötəbər yarışda qalib gəlib. Bu, çox böyük qələbədir, çox böyük hadisədir?. Yarışların çox gərgin keçdiyini söyləyən prezident bildirib ki, hər bir oyun çox vacib idi: ?Amma sirr deyil ki, Azərbaycan azarkeşlərinin ən çox marağını cəlb edən Ermənistan komandası ilə olan oyun idi. Siz bu inamlı qələbə ilə bütün Azərbaycan xalqını sevindirmisiniz. Böyük üstünlüklə qalib gəlib, rəqib komandanı darmadağın etmisiniz. Bir sözlə, bu qələbə onu göstərir ki, Azərbaycanda artıq futbolda böyük və inamlı addımlar atılır.?.