BAXCP "Qaçqınkom" sədri Əli Həsənovdan narazı qalıb
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən verilən məlumata görə, İH üzvləri fevralın 13-də ANS telekanalının ?Əhatə dairəsi? verilişində qaçqınların yaşadığı yataqxanadan hazırlanan süjetdə yer almış faktlara münasibətlərini açıqlayıblar.
Qurum üzvləri baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun çıxışını təəssüflə izləyiblər və iqtidarı 1 milyardlıq stadion tikintisindən imtina etməyə, həmin vəsaitlə qaçqınlar üçün mənzillər inşa etməyə çağırıblar.
İdarə Heyətinin növbəti təklifi Xırdalan şəhərində Misirin sabiq prezidenti Hüsnü Mübarəkin abidəsi və bu abidənin yerləşdiyi parkla bağlı olub. BAXCP Misirdə baş vermiş inqilabdan sonra Misir xalqının iradəsinə hörmət olaraq Xırdalanda Hüsnü Mübarəkən abidəsinin qoyulduğu parkın ?Misir Təhrir parkı? adlandırılmasını, Mübarəkin abidəsinin isə sənət əsəri olaraq Bakının parklarından yığışdırılmış digər heykəllər kimi açıq səma altındakı heykəllər muzeyinə verilməsini təklif edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51