ARDNŞ qaz təchizatı sisteminə 1,4 milyard kub metr qaz verib
2011-ci ilin yanvar ayında ARDNŞ hasil olunan qazdan ölkənin təbii qaz təchizatı sisteminə 863 milyon 733 min kubmetr ?mavi yanacaq? verib. Bu barədə Dövlət Neft Şirkətindən məlumat verilib.
Məlumatda bildirilir ki, yanvar ayı ərzində yeraltı qaz anbarlarından 550 milyon 804 min kubmetr ?mavi yanacaq? götürülmüşdür. Bununla da yanvar ayında 1 milyard 414 milyon 537 min kubmetr qaz istifadə olunmuşdur. 2010-cu ilin yanvar ayı ilə müqayisədə bu göstərici 158,4 milyon kub metr çoxdur. Cari ilin yanvar ayında sənaye, əhali və ?Azərenerji? ASC-nin istifadəsinə 1 milyard 111 milyon 604 min kubmetr təbii qaz verilmiş, Gürcüstana 76 milyon 487 min kubmetr, Rusiyaya 188 milyon 962 min kubmetr qaz ixrac olunmuş və Naxçıvan MR-nın qaz təminatı üçün isə İran İslam Respublikasına 37 milyon 484 min kubmetr ?mavi yanacaq? ötürülmüşdür. Qeyd etmək lazımdır ki, Dövlət Neft Şirkəti cari ilin yanvar ayında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirmişdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19