Misrin keçmiş prezidenti Hüsnü Mübarək koma vəziyyətinə düşüb. MİA-nın xəbərinə görə, bu barədə Misirin bəzi mətbuat orqanları sabiq diktatorun yaxın ətrafındakı mənbədən aldıqları məlumat aldıqlarını qeyd edirlər. Bu məlumat rəsmən təsdiqlənməsə də, məlumatı yayan KİV-lər sabiq diktatorun istefa verməzdən bir gün əvvəl televiziyada etdiyi çığışın yazılışı zamanı iki dəfə özündən ketdiyini və buna görə həmin çıxışın monatja məruz qaldığını bildirirlər. Mətbuatın məlumatına görə, sabiq diktatorun komaya düşməsinə səbəb Misirdə baş verən proseslər, yəni onun hakimiyyətdən devrilməsi olub. Hal-hazırda Misirin kurort bölgəsi olan Şarm Əl-Şeyxdə olduğu bildirilən sabiq diktatorun Avropanın qabaqcıl xəstəxanalarından birinə aparılacağı guman edilir.