ATƏT PA-nın vitse-prezidenti Bakıya gəlib
ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Volfqanq Qrossrukun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir. Bu barədə ATƏT-in Bakı bürosundan məlumat verilib. Səfərin fevralın 12-də başa çatacağı bildirilir.
ATƏT PA-dan olan nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, iqtidar və müxalifət partiyaların rəhbərləri və digər şəxslərlə görüş keçirəcək.
V.Qrossruk 7 noyabr 2010-cu il parlament seçkiləri ilə əlaqədar ATƏT PA-nın qısamüddətli Müşahidə Missiyasına, eyni zamanda seçki günü ATƏT-in ümumi missiyasına rəhbərlik edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50