Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə arasında görüş keçirilib. Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, müxalifətin birgə əməkdaşlığı və digər məsələlər müzakirə edilib. Həmçinin, İctimai Palata ilə Qarabağ və Respublika Uğrunda Hərəkatın əməkdaşlığı da müzakirə edilən mövzular sırasında olub. Müzakirələrdə konkret razılaşma əldə olunmayıb.