Ana Vətən Partiyasının Mərkəzi Şurasının 09 Fevral 2011-ci ildə keçirilən iclasında partiyanın MSK-nın yeni tərkibində iştirakı zəruri hesab edilmiş, MSK üzvlüyünə AVP-nin təşkilat məsələləri üzrə sədr müavini Etibar Quliyevin namizədliyi irəli sürülüb. Bu barədə MİA-ya AVP mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda bildirilir ki, E.Quliyevin MSK-ya göndərilməsi ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Milli Məclisinə təqdim edilib.