Səfurə Əlizadə rəsmən YAP-çı oldu
Fevralın 10-da ?Eurovision-2010? mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş ifaçı Səfurə Əlizadəyə YAP-ın üzvlük vəsiqəsi təqdim edilib. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən tədbirdə partiyanın icra katibi Əli Əhmədov deyib ki, S.Əlizadənin quruma üzv olmaq üçün ərizəsi müsbət cavablandırılıb və o, partiya sıralarına qəbul olunub.
Mərasimdə Ə.Əhmədov S.Əlizadəyə YAP-ın üzvlük vəsiqəsini təqdim edib. Müğənniyə həm də Heydər Əliyev haqqında multimedia diski verilib.
S.Əlizadənin özü isə bildirib ki, YAP-a üzv qəbul olunduğuna görə partiya rəhbərliyinə təşəkkür edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47