ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradke (ABŞ) Cənubi Qafqaz regionunda səfərdədirlər. Onlar bu gün səfər çərçivəsində Bakıya gələcəklər. Əvvəlcə İrəvana səfər edən həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış son vəziyyətlə bağlı Ermənistan rəsmiləri ilə müzakirələr aparıblar. Həmsədrlərin Azərbaycanda hökumət nümayəndələri ilə görüşləri planlaşdırılır.