Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən, iclasda Azərbaycanda və bölgədə baş verən məsələlər və partiyanın Mərkəzi Seçki Komissiyasında təmsilçiliyi müzakirə edilib. Müzakirələr nəticəsində VHP rəhbərliyi MSK-da təmsilçiliyin yenidən Almas Qəhramanlıya verilməsi barədə qərar qəbul edib. Bununla bağlı təqdimat isə Milli Məclisə göndərilib.