iran səfirliyi qarzısında aksiya
Bu gün Beynəlxalq Diaspora Təşkilatı İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları ?İran siyasətinə ar olsun?, ?Fars, erməni bunlar türkün düşməni?, ?İran Azərbaycandan əl çək?, ?Qarabağ bizimdir!? kimi şüarlar səsləndiriblər.
Təşkilatın sədri İsmayıl Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, İran həmişə ikibaşlı siyasət yürüdüb, ermənilərə dayaq durub. Daha sonra aksiyanın qətnaməsi oxunub. Qətnamədə 30 milyondan çox azərbaycanlını əsarətində saxlayan İran hakimiyyətinin ermənilərə dəstək olduğu, əli türk, azərbaycanlı qanına batan ermənilərlə dostluq siyasəti yürütdüyü bildirilib.
İran səfirliyi qətnaməni qəbul etməyib.
İki aksiya iştirakçısı polis tərəfindən saxlanılıb. Bir Qarabağ müharibə iştirakçısı isə səhhətində yaranan problemlə bağlı iştirakçılar tərəfindən xəstəxanaya aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51