?Azərbaycan Sənaye Bankı? ASC-nin aktivlərinin həcmi 2011-ci il yanvar ayının 1-nə 129,950 mln. manat təşkil edib. Hesabat ilində bankın kredit portfeli 18% artaraq 72,039 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 50% artaraq 40,032 mln. manat, depozit portfeli 1,3% azalaraq 97,248 mln. manat təşkil edib. Bu müddət ərzində bankın müştərilərinin sayı %46 artaraq 28.735 nəfərə, plastik kartlarının sayı isə %57 artaraq 17.397 ədədə çatıb. Ötən il bankın faiz gəlirləri 43% artaraq 9.271 mln. manat, komisyon gəlirləri %24 artaraq 2.183 mln. manat, ümumi gəlirləri isə 12,424 mln. manat təşkil edib. Həmin dövr üzrə bankın xərcləri isə 0,9% azalaraq 11,229 mln. manat olub. Nəticədə, il üzrə bankın xalis mənfəəti 1,122 mln. manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 4,8% artaraq 25,908 mln. manata, o cümlədən nizamnamə kapitalı 11% artaraq 22,114 mln. manata çatıb. 2010 ili ərzində bank tərəfindən əlavə 6 bankomat və 33 POS-terminal quraşdırılıb. Xatırladaq ki, ?Azərbaycan Sənaye Bankı? 1996-cı ildə ?CI Bank? ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bankın ölkə üzrə 8 filialı, 29 bankomatı və 290 POS-terminalı fəaliyyət göstərir.