Azərbaycan Liberal Partiyası AXCP-nin gənc fəalı Cabbar Savalanin saxta ittihamla həbs edilməsini kobud qanun pozuntusu və siyasi repressiya hesab edir. Partiyanın mətbuat xidmətində MİA-ya daxil olan məlumata görə, ALP hakimiyyətin bu addımını qətiyyətlə pisləyir, C.Savalanın dərhal azad edilməsini, onun qanunsuz həbsində günahkar vəzifəli şəxslərin cəzalandırılmasını tələb edir.