Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. MİA-nın məlumatına görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. İclasda DUİ Sədrlər Şurası mövcud ictimai-siyasi vəziyyətlə bağlı Bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Azərbaycanda normal, sivil, dünyəvi cəmiyyətin qurulması üçün indiki hakimiyyətin dəyişilməsi qaçılmazdır: ?Bir şəxsin 2 dəfədən artıq prezident seçilməsi barədə qadağanın Konstitusiyaya qaytarılmasını, korrupsioner hökumətin istefaya göndərilməsini tələb edən DUİ, korrupsiyaya qarşı aparılan tədbirləri ictimai fikri aldatmaq cəhdi hesab edir. Korrupsiya və Azərbaycanın probleminə çevrilmiş bu hakimiyyəti dəyişmək üçün milli-mənəvi dəyərlərə söykənən bütün qüvvələri əməkdaşlığa çağırır?. DUI Sədrlər Şurası ?Azərbaycan və dünyada baş verən proseslər? mövzusunda 15 fevral 2011-ci ildə saat 12.00-da KXCP qərargahında Dəyirmi Masa keçirməyi qərara alıb. DUI Sədrlər Şurası Xocalı soyqırımı ərəfəsi növbəti Qarabağ Forumunun keçirilməsi haqda qərar qəbul edib.