Azərbaycanda qazın qiymətinin artırılması nəzərdə tutulmur. Bunu fevralın 3-də mətbuat konfransı keçirən ?Azəriqaz? İstehsalat Birliyinin sədri Əkbər Hacıyev bildirib. Onun sözlərinə görə, nəinki qazın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edilib, ümumiyyətlə bu barədə daxildə belə müzakirə aparılmayıb: ?Qazın qiymətinin qalxması nəzərdə tutulmayıb?. Ölkədə qazın qiymət artımı sonuncu dəfə 2009-cu ilin iyunun 30-da baş verib. Həmin vaxt əhaliyə satılan qazın hər 1000 kubmetrinin qiyməti 47,2 manatdan 100,0 manata qaldırılıb. ?Azəriqaz?dan verilən məlumata görə, ölkəyə gün ərzində 12 milyon kub metr qaz verilir, bunun 6 milyon kub metri Bakıya sərf edilir.