Azərbaycan FiFA reytinqində 2 pillə gerilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması ötən ayla müqayisədə 2 pillə geriləyib. Hazırda ölkəmiz 344 xalla 99-cu pillədə qərarlaşıb. Millimizin 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniya 1485 xalla 3-cü, Türkiyə 741 xalla 31-ci, Belçika 526 xalla 58-ci, Qazaxıstan 161 xalla 137-ci pillədə qalıb. 569 xala malik Avstriya 1 pillə irəliləyib və 45-ci pillədə qərarlaşıb(lent.az).
Turnir cədvəlinin ilk 9 pilləsində dəyişiklik olmayıb. İspaniya 1887 xalla 1-ci, Hollandiya 1723 xalla 2-ci, Braziliya 1446 xalla 4-cü, Argentina 1367 xalla 5-ci, İngiltərə 1195 xalla 6-cı, Uruqvay 1152 xalla 7-ci, Portuqaliya 1090 xalla 8, Xorvatiya isə 1075 xalla 9-cudur. Siyasi vəziyyəti o qədər də yaxşı olmayan Misirin futbol millisi də dərin böhranla üzləşib. Ötən ay 10-cu pillədə olan Misir 23 pillə geriləyib və 709 xalla 33-cü pilləyə enib. Əvəzində ilk ?10-luğu? 1 pillə irəliləyən və 1016 xala malik Yunanıstan tamamlayır.
Növbəti reytinq cədvəli martın 9-da açıqlanacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11