Türkiyə Superliqasında ikinci dövrənin oyunlarına start verilir. Yığma komandamızın kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu ?Eskişehirspor? klubu ?Gənclərbirliyi? kollektivi ilə üz-üzə gələcək. Türkiyə mətbuatının yaydığı məlumata görə, Ankarada baş tutacaq oyun üçün futbolçumuzun adı əsas heyətdə çıxış edəcək futbolçuların siyahısına daxil edilib. ?Eskişehirspor? klubu qarşılaşmanın keçiriləcəyi şəhərə gedib. Xatırladaq ki, ?Gənclərbirliyi? ? ?Eskişehirspor? matçı sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.