?Eurovision? Mahnı Müsabiqəsinin milli seçim turunun təşkilatçısı olan İctimai Teleradio müsabiqənin milli final konsertinin fevralın 4-də keçiriləcəyi barədə yayılan məlumatları qeyri-dəqiq sayıb. İTV-dən verilən məlumata görə, Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi ilə bağlı kanala çoxsaylı müraciətlər daxil olur: ?Final konserti barədə bir çox internet saytlarında müxtəlif informasiyalar yerləşdirilir. Bəzən onlar yanlışlığa yol verərək final konsertinin fevralın 4-də keçiriləcəyi barədə qeyri-dəqiq məlumatlar verirlər. ?Eurovision? Mahnı Müsabiqəsi milli seçim turunun təşkilatçısı olaraq İctimai Teleradio ən son və dəqiq məlumatları bildirəcək?.