Hillari Klintonun Türkiyəyə səfəri təxirə salındı
ABŞ Dövlət katibi Hillari Klintonun fevralın 7-də Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb. Səfərin Tunis və Misirdə baş vermiş hadisələrə görə təxirə salındığını bildirən diplomatik mənbələr daha sonra bu səfərin baş tutacağını deyib.
Qeyd edək k, Hillari Klintonun Türkiyə səfərində prezident Abdullah Gül, baş nazir R. Tayyib Ərdoğan, XİN rəhbəri Əhməd Davudoğlu və anamüxalifət lideri Kamal Kılıcdaroğlu ilə görüşü nəzərdə tutulmuşdu. Xatırladaq ki, görüş çərçivəsində Türkiyə-Amerika münasibətləri, erməni ?soyqırımı? məsələsi, İran, Yaxın Şərq və Kiprdə sülh prosesinin müzakirə olunacağı gözlənilirdi.
Xatırladaq ki, ABŞ dövlət katibi Hillari Klinton 2009-cu ilin yanvar ayında vəzifəsinin icrasına başladıqdan sonra eyni ilin mart ayında Türkiyəyə səfər etmişdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50