Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qərargahında Norveçin Azərbaycandakı səfiri Erling Şönsberqlə görüşüb. Partiyanın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda 2010-cu il parlament seçkiləri, seçkilərdən sonra ölkədə ictimai-siyasi vəziyyət, demokratiya və insan haqları məsələləri, siyasi məhbuslar, söz, mətbuat və sərbəst toplaşma azadlığı və s. mövzular müzakirə edilib. Görüşdə, həmçinin Azərbaycanın Avroatlantik məkana inteqrasiyası, regional proseslər, Yaxın Şərqdə siyasi dəyişikliklər haqqında fikir mübadiləsi aparılıb.