Azərbaycan Milli Məclisinin 2011-ci il yaz sessiyası öz işinə başlayıb. İlk iclasın gündəliyinə 14 məsələ daxildir. İclasda Milli Məclisin 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, intizam və hesablayıcı komissiyaları yenidən təşkil ediləcək. Sessiyanın gündəliyinə seçki, inzibati xətalar məcəllələrinə, ?Dövlət qulluğu haqqında? qanuna dəyişikliklərin və əlavələrin edilməsi barədə və ?İcbari sığortalar haqqında? qanun layihələri daxildir. Bundan başqa bir sıra dövlətlərarası sənədlər də ratifikasiya olunacaq.