YAP Gənclər Birliyinin Qəbələ şəhərində III Konfransında qonaq kimi iştirak edən "Eurovision" mahnı müsabiqəsinin mükafatçısı Səfurə Əlizadə konfransda çıxış edərək ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini vurğulayıb. O, YAP Gənclər Birliyinin fəaliyyətinə toxunaraq qeyd edib ki, təşkilat ölkə gəncləri arasında böyük nüfuz qazanıb. S.Əlizadə çıxışı zamanı YAP rəhbərliyinə partiya sıralarına üzv olmaq haqqında müraciət edib.